Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Asayis.az Report-a istinadən xəbər verir ki, rayon sakini 1990-cı il təvəllüdlü Elvin Tofiq oğlu Məmmədov özünü yaşadığı fərdi yaşayış evinin həyətində meyvə ağacından asaraq intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
E.Məmmədov FHN-in əməkdaşı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.