Sədərəkdə taxıl sahəsində yanğın olub - FOTO/VİDEO

 Sədərəkdə taxıl sahəsində yanğın olub - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə  Asayis.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.

 

11:00 - 16 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin