Hacıqabul və Ucarda ətraf mühiti zibilləyən şəxslər barəsində tədbirlər görülüb - FOTO

 Hacıqabul və Ucarda ətraf mühiti zibilləyən şəxslər barəsində tədbirlər görülüb - FOTO

Hacıqabul və Ucar rayonlarında ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Asayis.az-a verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Hacıqabul və Ucar Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı hər iki rayon ərazisində məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması və ətrafın zibillənməsi halları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə 5 nəfər Hacıqabul rayon sakini və 3 nəfər Ucar rayon sakini barəsində inzibati qaydada protokol tərtib olunub və onların hər biri məsuliyyətə cəlb olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

14:47 - 15 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin