Türkiyədə 60 yaşlı kişi arı sancması nəticəsində dünyasını dəyişib.
Asayis.Az xəbər verir ki, hadisə Türkiyənin Manisa vilayətində baş verib.
Belə ki, bal istehsalı ilə məşğul olan 60 yaşlı kişi arı pətəklərini yoxlamağa gedib.
O, bu zaman arıların hücumuna məruz qalıb.
O, dərhal Təcili Yardım Xidməti tərəfindən dövlət xəstəxanasına aparılıb.
Sancma nəticəsində infarkt keçirdiyi təsbit edilən yaşlı kişini həkim müdaxilələrinə baxmayaraq xilas etmək mümkün olmayıb.