Arazda çimən ata və 3 yaşlı oğlu boğuldu

 Arazda çimən ata və 3 yaşlı oğlu boğuldu

İmişlidə Araz çayında çimən ata və üç yaşlı oğlu boğulub.
Asayis.Az xəbər verir ki, hadisə rayonun Şahverdili kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Əliyev Asif Ələsgər oğlu və oğlu 2020-ci il təvəllüdlü Əliyev Rəvan Asif oğlu Araz çayının həmin kənd ərazisindən keçən hissəsində çimərkən boğularaq ölüblər.

Asif Əliyevin meyiti batdığı ərazidən, oğlunun meyiti isə çayın Məzrəli kəndi ərazisindən keçən hissəsindən tapılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Demokrat.az

10:50 - 13 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin