Etirazçılar 13 polisi girov GÖTÜRDÜ

 Etirazçılar 13 polisi girov GÖTÜRDÜ

Meksikada hökumətə qarşı qalxan minlərlə etirazçı 13 polisi girov götürərək qubernatorluq binasını zəbt edib.
Asayis.Az 
xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Meksikanın Gerrero əyalətinin paytaxtı Çilpansinqoda təxminən 3000 nəfərdən ibarət etirazçı qrup bir araya gələrək əyalət qubernatorluğuna hücum edib. 

Hücuma qarşı çıxan polis qrupları etirazçılara müdaxilə etməyə çalışıb.

Qarşıdurmadan sonra nümayişçilərdən bəziləri qubernatorluğun qapısını sındıraraq içəri daxil olublar.

Gerrero ştatının qubernatorluğunu tutan nümayişçilər 13 polisi götürüb. 

Qeyd edək ki, etirazlarla əlaqədar paytaxtda komendant saatı elan edilib.
 

17:56 - 12 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin