Bakının Qaradağ rayonunda 1967-ci il təvəllüdlü Qürbəd şəxsi ümanasibətlər zəminində yaranan münaqişə zamanı oğlu Qüdrətə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 4-də Qaradağ rayonu, Puta qəsəbəsində baş verib.
Qürbəd yaşadığı evin mətbəxində övladı Qüdrət ilə aralarında ailə məişət zəminində mübahisə yaranıb.
Sözlə mübahisə zamanı sərxoş vəziyyətdə masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə Qüdrətin çiyin nahiyəsinə bir neçə dəfə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Qürbədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qürbəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, hadisə günü, saat 19.00-da yaşadığı ünvanının mətbəx otağında oğlu Fərhad İlə birlikdə masanın arxasında əyləşib və spirtli içki qəbul edib:
“Bir neçə dəqiqə keçdikdən sonra evə oğlum Qüdrət qayıtdı və yeməy yemək üçün mətbəx otağına daxil oldu. Mətbəx otağına daxil olduqda Qüdrət masa arxasına əyləşdi. Mənimlə söhbət edən zaman sərxoş vəziyyətdə olduğumu gördü və Qüdrət mənə içki içməyim barədə iradını bildirdi.
Söhbət edən zaman aramızda mübahisə yarandı. Sərxoş vəziyyətdə ayağa qalxaraq masanın üzərində olan mətbəx bıçağını götürdüm. Qüdrətin sol qolunu və kürəyinin sol nahiyyəsini kəsdim. Bu hərəkətimdən sonra Qüdrət qolunu tutdu. Digər oğlum Fəhrhad isə bıçağı əlimdən aldı”.
Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Qürbədin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.