Əsgərləri daşıyan hərbi maşın qəzaya düşdü - 1 nəfər şəhid oldu

 Əsgərləri daşıyan hərbi maşın qəzaya düşdü - 1 nəfər şəhid oldu

Türkiyədə hərbi avtomobillə minik avtomobilinin toqquşması nəticəsində faciəvi qəza baş verib.
Asayis.Az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata əsasən, hadisə Türkiyənin Van vilayətində baş verib. 

Qəza nəticəsində 1 nəfər yerindəcə dünyasını dəyişib, hərbi maşında olan 13 əsgər isə yaralanıb.

Hadisə yerinə jandarma və Təcili Tibbi Yardım qrupları gəlib.

Yaralı əsgərlərdən biri şəhid olub. 

 

18:25 - 11 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin