Abşeronda avtomobillər toqquşdu: 22 yaşlı sürücü öldü

 Abşeronda avtomobillər toqquşdu: 22 yaşlı sürücü öldü

Abşeronda avtomobillər toqquşub.
Asayis.Az xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Nicat Süleymanlının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Vüqar Quliyevin idarə etdiyi “Ravon Nexia” markalı avtomobil toqquşub.
Nəticədə Nicat Süleymanlı hadisə yerində ölüb. Vüqar Quliyev və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

12:42 - 10 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin