Məşhur turizm ölkəsində Sibir xorası yayılıb: Ölənlər var

 Məşhur turizm ölkəsində Sibir xorası yayılıb: Ölənlər var

Turizm ölkəsi olan İndoneziyada Sibir xorası (qarayara) yayılıb.

Asayis.az  oxu.az-a istinadən xəbər verir ki, xəstəliyin ocağı olan Yava adasında azı üç yoluxmuş şəxs ölüb.

Ümumilikdə regionda 87 sakində qarayara faktı təsdiqlənib.

Qeyd edək ki, xəstəliyin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların leşinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.

Yerli hakimiyyət orqanları infeksiyanın yayılmasına qarşı sanitar tədbirlərin həyata keçirilməsinə, o cümlədən mal-qaranın peyvənd edilməsinə və heyvandarlıq təsərrüfatlarında karantin tətbiqinə başlayıblar.

18:00 - 7 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin