ANAMA-nın əməkdaşları qəzaya düşdü - Yaralılar var

 ANAMA-nın əməkdaşları qəzaya düşdü - Yaralılar var

Füzuli rayonunda ANAMA əməkdaşları yol qəzasına düşüb.

Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Asayis.Az-a bildirilib ki, 2023-cü il 05 iyul tarixində Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

17:09 - 5 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin