Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko 47 yaşında qəflətən vəfat edib. “Report” xəbər verir ki, məlumatı “BelTA” yayıb.
Məlumata görə, nazirin ölümünün səbəbi açıqlanmayıb.
Bildirilib ki, A. Avramenko 1977-ci ildə Minskdə anadan olub. 1999-cu ildə Belarus Dövlət Politexnik Akademiyasını, 2010-cu ildə Belarus Prezidenti yanında İdarəetmə Akademiyasını bitirib. 2006-cı ildən Belarus hökumətində işləyir. 2019-cu ildə Prezident Aleksandr Lukaşenko onu nəqliyyat və kommunikasiya naziri təyin edib.
Məlumata görə, bu, son bir ildə Belarus hökumətində ikinci qəfil ölüm hadisəsidir. 2022-ci ilin noyabrında ölkənin xarici işlər naziri Vladimir Makey 64 yaşında qəflətən vəfat etmişdi. O, bu vəzifədə 2012-2022-ci illərdə işləyib.