Türkiyənin Bitlis vilayətinin Hizan rayonunun on kəndi və ətraf bölgələrində küçəyə çıxma qadağası elan olunub.
Asayis.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Bitlis valiliyi açıqlama verib.
Məlumata görə, sözügedən rayonun kənd və məhəllələrində terror təşkilatı üzvlərinin olması və sığınacaqlar qurduqları barədə məlumatlar daxil olub.
Anti-terror əməliyyatlarının keçirilməsi səbəbi ilə ikinci əmrə qədər küçəyə çıxmaq qadağası elan edilib.