Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib.
Türkiyənin xüsusi təyinatlı polis qüvvələrinin də iştirak etdikləri əməliyyat nəticəsində PKK-nın Suriya qolu YPG-nin üzvü olan 9 terrorçu saxlanılıb.
Onların yaşadıqları evlərdə terror təşkilatına aid çox sayda rəqəmsal material və müxtəlif ölçülü 72 güllə ələ keçirilib.
Araşdırmalar davam edir.