İyunun 29-da Daşkəsəndə 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyriçaydan keçən sel aparıb.
Asayis.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölən 23 yaşlı gənc nişanlı olub.
Elgün hadisənin baş verdiyi gün ailəsi ilə birgə nişanlısıgilə qurbanlıq aparıb. Axşam isə örüşdən qoyunları gətirməyə gedib.
Bu zaman o, heyvanları çaydan çıxarmağa çalışıb. Bədbəxt hadisə də məhz bu vaxt baş verib. Heyvanlar çaydan çıxsa da, Təzəkənd sakini olan Elgünü sel aparıb. Onun meyiti qonşu kəndin ərazisində tapılıb.