Bakıdan rayona yasa gedən ailə qəzaya uğradı: Bakıdan rayona yasa gedən ailə qəzaya uğradı: Ölən və yaralananlar var - YENİLƏNİB

 Bakıdan rayona yasa gedən ailə qəzaya uğradı: Bakıdan rayona yasa gedən ailə qəzaya uğradı: Ölən və yaralananlar var - YENİLƏNİB

Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Asayis.az qafqazinfo-ya istinadən xəbər verir ki, Çaylı kəndi ərazisində “Nissan” və “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə “Nissan”da olan sərnişin, 1978-ci il təvəllüdlü Elnur Malik oğlu Nəzərov aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, hadisə vaxtı avtomobili E.Nəzərovun həyat yoldaşı idarə edirmiş.

Onlar Bakıdan Qazaxa Elnurun baldızının vəfatının 40-cı günü ilə əlaqədar keçirilən anım mərasimində iştirak etmək məqsədilə gedibmiş.

Hadisə nəticəsində daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***23:55

Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşüb, ölən və yaralılar var.

Asayis.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, Nazim Abbasov idarə etdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb.

Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri - 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Ə.Əbdülhəsənli və 2021-ci il təvəllüdlü T. Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb. Sürücü N.Abbasov isə dünyasını dəyişib. İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından vəfat edib.

Məlumata görə, ailə üzvləri Masallı rayonundan istirahətdən qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.

09:30 - 1 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin