“Şahdağ Turizm Mərkəzində ölkəmizin ən zəngin və imkanlı adamları istirhaət edirlər. Nə üçün yoxsulların və orta təbəqənin vergiləri hesabına formalaşan büdcə zənginlərinin istirahətini maliyyələşdirməlidir?”
Asayis.Az bildirir ki, bu sözləri REAL Partiyasının sədri İlqar Məmmədov Şahdağ Turizm Mərkəzinin zərərlə işləməsi barədə hesabatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Şahdağ Turizm Mərkəzinə dövlət büdcəisndən yenə 12 milyon manat dövlət yardımı ayrılacaq: “Şahdağ Turizm Mərkəzində ölkəmizin ən zəngin və imkanlı adamları istirhaət edirlər. Dövlət büdcəsinə vergini isə hər kəs- yoxsulu da, orta sinfi də ödəyir. Şahdağda orta sinfin orta sinfə aid adamlar vaxt keçirməsini nadir hallarda görmək mümkündür. Hansı məntiqlə yoxsulların və orta təbəqənin vergiləri hesabına formalaşan büdcə ölkə zənginlərinin istirahətini maliyyələşdirməlidir?”-deyə İ.Məmmədov narazlığını bildirib.
İ.Məmmədov bildirib ki, heç bir kommersiya əsası olmayan bu müəssisəyə dövlət büdcəsindən 12 milyon manat yardımın ayrılması yanlışdır.
Qeyd edək ki, dünən açıqlanan hesabatda deyilir ki, Şahdağ turizm şirkəti 2022-ci ili 8.69 milyon manat xalis zərərlə tamamlayıb və bu, 2021-ci ildəki göstəricidən 37% artıqdır. 1 yanvar 2023-cü il tarixinə şirkətin 97.18 mln. manatlıq illər ərzində üst-üstə yığılan zərəri var.