“Həkim və tibb mütəxəssislərinin əmək fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinq komissiyasının yaradılması nəzərdə tutulub”.
Asayis.Az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumun açılış mərasimində deyib.
Qurum rəsmisi qeyd edib ki, komissiya tərəfindən həkim mütəxəssislərə 6 ay ərzində monitorinq keçiriləcək: “Monitorinqdən müvəffəqiyyətlə keçən həkimlərə həvəsləndirici əlavələrin ödənilməsi 2024-cü ilədək uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərə əlavələrin ödənilməsi dayandırılacaq”.
V.Qurbanov vurğulayıb ki, monitorinqlər zamanı həkimlərin peşəkarlığı və şəxsi keyfiyyətləri əsas götürüləcək.