Azərbaycanda 11 il əvvəl uşağını itirən ana övladını tapıb.
Asayis.Az xəbər verir ki, 11 il əvvəl yenicə dünyaya gətirdiyi qızını itirən Ayşən Xəzər TV-də yayımlanan və tanınmış teleaparıcı Lalə Azərtaşın müəllifi olduğu "Təsir dairəsi" verilişində övladına qovuşub.
Belə ki, 11 il əvvəl Ayşən yenicə dünyaya gətirdiyi qız övladını kafedə bir yerdə işlədiyi qadına verir.
Dediyinə görə, pul müqabilində dayə kimi baxmağa veribmiş. Amma uşağı saxlayan Zəminə deyir ki, 11 ildə ana uşağı ilə çox az maraqlanıb.
Sonra ananın övladı ilə əlaqəsi tamamilə kəsilib.
Zəminənin efirə çıxmağına səbəb isə Havin adlı 11 yaşlı usağın təhsil problemi olub. Usağın sənədi yoxdur deyə, məktəbə gedə bilmir. 1 həftə Zəminənin efirdə məlumatları verməsindən sonra "Təsir dairəsi" verilişində usağın əsl anasını tapıb.
Xəzər TV-nin efirdə ana ilə usağın 11 ildən sonra görüşü baş tutub.
Həmin görüntüləri təqdim edirik:
Demokrat.az