Elektrik enerjisinin qiyməti artırılır? - RƏSMİ AÇIQLAMA

 Elektrik enerjisinin qiyməti artırılır? - RƏSMİ AÇIQLAMA

Son günlər yayılan məlumata görə, cari ilin sonuna qədər elektrik enerjisi haqları yenidən qaldırılacaq. Hətta “Azərişıq” Açıq Səhmdar Səhmdar Cəmiyyəti tərəfindən bununla bağlı təkliflərin hazırlanaraq Tarif Şurasına göndərildiyi də bildirilir. 
Asayis.AZ xəbər verir ki, bu məlumat arasında ciddi narahatlığa səbəb olub.

Bizim.Media əhalinin narahatlığını nəzərə alaraq, “Azərişıq” ASC-nə və Tarif (qiymət) Şurasına sorğu göndərib. 
 
ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu açıqlamasında, qiymət artımı ilə bağlı səlahiyyətlərin onlara aid olmadığını bildirib. 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Zamanova isə elektrik enerjisi tariflərinin yenidən tənzimlənməsi ilə bağlı müvafiq subyektdən müraciət daxil olmadığını qeyd edib.

Onun sözlərinə görə, qeyd edilən məsələ hazırda Tarif (qiymət) Şurasında müzakirə olunmur.

11:04 - 20 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin