Asayis.Az Bizim.media-ya istinadla xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bağça tərbiyəçisi Cəmilə adlı azyaşlıya əmrinə tabe olmadığı üçün qışqırıb və fiziki təzyiq göstərib. Üstəlik, onun valideynlərini digər azyaşlıların gözü önündə qeyri-etik ifadələrlə söyüb.
Sosial şəbəkədə yayılan bu görüntü insanların haqlı hiddətinə və narazılıqlarına səbəb olub. Görüntünün hansı bağçada çəkildiyi məlum deyil.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi şərh verməyib.