Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub. Asayis.Az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK-nin sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifənin müvəqqəti icrası Şabanov Elçin İdris oğluna həvalə edilib.
Qeyd edək ki, bu təyinatadək sözügedən vəzifədə Rəşad Babayev çalışıb.