Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, Zəngəzur dəhlizində mövcud vəziyyət və planlaşdırılan işlər haqqında məlumat verib.
Asayis.Az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu bildirib ki, Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi ilə Orta Dəhlizin yükgötürmə qabiliyyəti artacaq:
“Orta Dəhlizin səmərəliliyinin artması ilə, bu istiqamətdə inkişaf etdirilə biləcək layihələrlə, Azərbaycanla Xəzər dənizi, Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsində əməkdaşlıq Türkiyə üçün təmin olunacaq”.
Bununla yanaşı Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq.
“Zəngəzur dəhlizinin işlək olması ilə Orta Dəhlizinin dəmir yolu və yol yük daşıma qabiliyyəti artacaq. Orta Dəhlizin səmərəliliyinin artması ilə Azərbaycanla Xəzər dənizində inkişaf etdirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə əməkdaşlıqla nəqliyyat və energetika sahəsində Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq. Zəngəzur dəhlizi Qafqazla sərhəddə yerləşən əyalətlərin iqtisadi güclənməsinə və xüsusilə logistika sektoru üçün məşğulluq sayının artmasına müsbət təsir göstərəcək”.