Türkiyəli müğənni və iş adamı Metin Milli vəfat edib.
asayis.Az xəbər verir ki, sənətçi ötən gün Ankaradakı evində dünyasını dəyişib.
80 yaşlı Metin günorta namazından sonra Ankara Cebeci Asri məzarlığında torpağa tapşırılıb.
1980-ci illərdə məşhurlaşan Metinin "Seviyorum İşte", "Şarkılara Sordum" kimi ifaları dillər əzbəri olub./Baku.ws