Gündüz Abbaszadə "Qarabağ"dan çıxarıldı?

 Gündüz Abbaszadə

"Qarabağ" futbol klubunun mətbuat katibi Gündüz Abbaszadənin bu vəzifədən getməsi ilə bağlı xəbəri təsdiqləyib. 
Asayis.Az xəbər verir ki, Gündüz Ağazadə açıqlamasında hazırda məzuniyyətdə olduğunu bildirib:

"Mən Qarabağın qrup rəhbərliyinə müraciət etdim və onlar da anlayışla qarşıladılar. 2 il müddət ərzində mənə dəstək olub, etimad  göstərən hər kəsə təşəkkür edirəm. 

Təbii ki, mənim də gələcəklə bağlı planlarım var. Amma hələ ki, bu barədə açıqlama vermək istəmirəm. "Qarabağ" mənim üçün böyük təcrübə idi. Orada yaxşı dostlar qazandım. "Qarabağ" azərkeşlərinə xüsusi təşəkkür edib, onları bağrıma basıram".

 

 

Demokrat.az

17:19 - 13 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin