Məzuniyyət günü keçirilən mərasimə silahlı hücum: 7 nəfər güllələndi

 Məzuniyyət günü keçirilən mərasimə silahlı hücum: 7 nəfər güllələndi

ABŞ da daha bir silahlı insident baş verib. Liseyin məzun günü ilə bağlı təşkil etdiyi mərasimə edilən silahlı hücüm nəticəsində 7 nəfər güllələnib, 2 nəfər isə həyatını itirib. 
Asayis.Az xəbər verir ki, hadisə ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində baş verib.

Hələlik hücumun səbəbi məlum deyil.

Əraziyə dərhal polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Atışmadan sonra iki şübhəlinin həbs olunduğu bildirilib.
 

13:23 - 7 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin