“Sosial islahat paketi üzrə əlavə ayrılan illik vəsait 6,8 milyarda çatıb” - Nazir müavini

 “Sosial islahat paketi üzrə əlavə ayrılan illik vəsait 6,8 milyarda çatıb” - Nazir müavini

"Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amili, vətəndaş rifahının təminatı dayanır. Dövlət başçısının tapşırıqları əsasında son beş ildə 4 sosial islahat paketi icra olunub". 
Asayis.Az xəbər verir ki, bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov jurnalistlər üçün keçirilən brifinqdə deyib. 

O bildirib ki, 4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əmək haqqında 2,7 dəfə, minimum pensiyada  2,5 dəfə, orta aylıq əmək haqqında 65 faiz, median əmək haqqında 2,1 dəfə, Əmək haqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə,  sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində  2,5 dəfə artım baş verib:

“10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. 

Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb”.

 

12:35 - 2 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin