Sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldıra biləcəyik.
Asayis.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov nazirliyin son 5 ildə gördüyü işlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 465 manatdır./APA