Türkiyədə yanacaqdoldurma məntəqəsində iki qrup arasında baş verən silahlı davada 5 nəfər yaralanıb. Asayis.Az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. Məlumata əsasən, hadisə Türkiyənin Uşak vilayətində baş verib. Belə ki, yanacaqdoldurma məntəqəsində 2 qrup arasında naməlum səbəbdən mübahisə düşüb. Daha sonra tərəflər silaha əl atıb və hadisə nəticəsində 5 nəfər yaralanıb. Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.