Türkiyənin Şanlıurfa vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.
Asayis.Az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.
Bildirilib ki, Şanlıurfanın Karaköprü ərazisində 3,7 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla saat 09:42-də baş verən zəlzələnin dərinliyi 12,83 kilometr olub.
Qeyd edək ki, zəlzələ qısamüddətli panikaya səbəb olub. Buna baxmayaraq heç bir dağıntı və itki qeydə alınmayıb.