İdmançılar qəzaya düşdü - Məşqçi öldü, 16 nəfər yaralandı

 İdmançılar qəzaya düşdü - Məşqçi öldü, 16 nəfər yaralandı

Türkiyənin Bursa şəhərində idmançıları daşıyan mikroavtobus qəzaya düşüb.
Asayis.Az
 "TRT Haber"ə istinadən xəbər verir ki, İnegöl rayonunda baş verən qəza nəticəsində Abdülcelil Ər Bayram adlı məşqçi ölüb, 16 nəfər isə yaralanıb. 

Yaralılar İnegöl Dövlət Xəstəxanasına aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Hadisənin səbəbi hələlik məlum deyil.
 

11:22 - 1 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin