Vətəndaş müharibəsinin davam etdiyi Sudanda uşaq evində 11 uşaq baxımsızlıqdan ölüb.
Asayis.Az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
Bildirilib ki, paytaxt Xartumun Sekkane rayonundakı uşaq evində 11 nəfər həyatını itirib.
Dayələrin qarşıdurmalara görə qaçdığı, ölüm hallarının qidalanma və tez-tez elektrik kəsilməsi səbəbindən baş verdiyi vurğulanıb.
Həyatını itirən uşaqlar məhəllə sakinlərinin dəstəyi ilə rayondakı qəbiristanlıqda torpağa tapşırılıb.