Tanınmış aparıcı DÖYÜLDÜ - DİN araşdırma başlatdı

 Tanınmış aparıcı DÖYÜLDÜ - DİN araşdırma başlatdı

Tanınmış aparıcı, model Razi Əliyeva hücuma məruz qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib.

Sevgilisi tərəfindən döyüldüyünü, şantaj edildiyini deyən aparıcı bildirib ki, hadisə ilə bağlı artıq polisə müraciət edib.

“Adsız bir nömrədən gələn bir ismarışa görə məni döyürdü. Gedib aydınlaşdırırdı, məlum olurdu ki, günahkar deyiləm və üzr istəyirdi. Telefonumu əlimdən alırdı və hamı ilə mənim adımdan yazışırdı ki, kiminləsə danışıb-danışmadığımı öyrənsin, eyni zamanda, bu gün üçün material hazırlayırdı. Sonra isə hər şeyi silirdi ki, görməyim. Bütün şəkillərimi özünə göndərirdi ki, sonra məni şantaj etsin. Məni evdə bağlayırdı ki, ondan qaça bilməyim.

Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi, sonra duşa aparıb bütün qanı və öz izlərini yuyurdu. O məni hər şeyə görə döyürdü. Mən isə ondan qaça bilmirdim. Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək. O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı. Və əgər mənim, anamın və yaxınlarımın başına nəsə gəlsə, bilin ki, bunun günahkarı odur”.

Qeyd edək ki, ötən gecədən sosial şəbəkələrdə müxtəlif iddialar irəli sürülüb. Bildirilir ki, R. Əliyeva sevgilisinə xəyanət etdiyi üçün döyülüb.

Bəziləri isə onun izləyicisi tərəfindən şiddətə məruz qaldığını bildiriblər.

R.Əliyeva "Xəzər maqazin"in aparıcı olub. O, həm də model kimi fəaliyyət göstərib.


***
10:36


Daxili İşlər Nazirliyi (DİN) model Razi Əliyevanın sevgilisi tərəfindən döyülməsi iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bakupost.az -a bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.
“Araşdırma aparılır. Əlavə məlumat veriləcək”, - DİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, R.Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını iddia edir.



11:10 - 31 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin