Gömrük Komitəsi "Azpetrol"u CƏRİMƏLƏDİ

 Gömrük Komitəsi

"Azpetrol LTD" MMC barəsində 3 cərimə protokolu yazılıb.
Asayis.Az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.
Daha sonra protokollar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İşlər hazırda hakimlər - Ülviyyə Şükürova, Azər Tağıyev və Günel Səmədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasları mayın 31-i, iyunun 1-i və 2-nə təyin edilib.

 


Pravda.az

10:37 - 31 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin