Bakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı - FOTO/VİDEO

 Bakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı - FOTO/VİDEO

Bakıda Sabunçu rayonunda yerləşən Bilgəh qəsəbəsindəki "Şəbəkə" istirahət mərkəzində qeyri-adi oğurluq hadisəsi baş verib.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-ə zərərçəkmiş Emin Qasımov bildirib.

Onun sözlərinə görə, ötən gün dəniz kənarında yerləşən "Şəbəkə"də 25 nəfərdən ibarət qrup istirahət etdikdən sonra axşam saatlarında oradan ayrılmaq istəyiblər. Tanışları istirahət mərkəzindən getsə də özü, dostu və digərlərini "Şəbəkə"nin ofisinatı fikrindən yayındırıb.

Ofisiant bizdən 10 AZN şirinlik alaraq "Şəbəkə"nin ərazisində qala biləcəyimizi dedi. Birlikdə 7 nəfər istirahət mərkəzində qaldıq. Daha sonra özünü administrator kimi təqdim edən iki nəfər də bizə yaxınlaşaraq istirahət mərkəzində qalmağımızda problem görmədiklərini bildirdilər. Hətta bizə dedilər ki, səhər obyekt ərazisində qalacağıqsa, onda rahat dincələ bilərik".

Qeyd edək ki, bütün bunlardan əlavə Emin və dostuna şərt kimi avtomobillərini digər istirahət mərkəzinin ərazisində parkinq etməli olduqları deyilib. Emin və dostu Hafiz Baxşıyev bunu normal qarşılayaraq avtomobilini yaxınlıqda parkinq ediblər.

Səhər saatlarında Emin, dostu və digərləri avtomobilin açarını axtararkən onu tapa bilməyiblər. Bu zaman Emin dostundan xahiş edib ki, avtomobilin yerində olub-olmadığını dəqiqləşdirsin. Dostunun cavabı Eminin heç də ürəyincə olmayıb. Belə ki, "Şəbəkə"nin ofisinatı avtomobili oğurlamış olub.

Gecə saatlarında Emin Qasımova məxsus 20 min ABŞ dollar dəyərində "BMW 328" markalı avtomobil oğurlanıb, dostunun digər "BMW 539" markalı avtomobilindən isə pul qapısı götürülüb. Hadisədən dərhal sonra Emin Qasımov Daxili İşlər Nazirliyinə müraciət edib. Keçirilən axtarış tədbirləri zamanı 4 saat sonra avtomobil tapılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Cavid adlı şəxs avtomobillə şəhərdə xeyli hərəkət etdikdən, alış-veriş etdikdən və avtomobilin təkərlərini qaraltdıqdan sonra "Şamaxinka" ərazisindəki kafeələrin birinə gəlib. Kafedə yeyib-içdikdən sonra oradan qaçan şəxs polis kafeyə gəlməmişdən 3-4 dəqiqə əvvəl oradan uzaqlaşıb. Emin Qasımova ümumilikdə 2 min Azn, dostuna isə 500 AZN ziyan dəyib.

Maraqlıdır ki, avtomobilin qaçırılması, müştərilərə qarşı qurulan bu oyun "Şəbəkə"nin işçisi tərəfindən həyata keçirilib. İstirahət mərkəzi kimi fəaliyyət göstərən bir müəssisədə iki dəfə məhkumluq həyatı yaşayan bir şəxsin fəaliyyət göstərməsi isə anlaşılan deyil.

 

 

 

17:56 - 30 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin