Azərbaycanda vəzifəli şəxs intihar etdi

 Azərbaycanda vəzifəli şəxs intihar etdi

Abşeron rayonunda vəzifəli şəxs intihar edib.

Asayis.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub. Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.

Hadisənin baş verdiyi evin M.Cəbişovun atasına məxsus olduğu bildirilir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, intiharla bağlı ilk məlumatı bakupost.az yayıb.

 Fotoları təqdim edirik

11:46 - 30 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin