Bu gündən başlayaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Saatlı rayonundakı vergi ödəyicilərinə xidmət mərkəzi texniki səbəblərlə əlaqədar bir müddət fəaliyyət göstərməyəcək.
Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb
Ərazi Vergilər İdarəsində uçotda olan vergi ödəyiciləri göstərilən üzbəüz xidmətlərdən yararlanmaq üçün İdarənin nəzarət əhatəsinə daxil olan Şirvan şəhəri, Naxçıvan küçəsi, 162 (5 saylı ƏVİ-nin inzibati binası) (iş günləri saat 09:00-dan 18:00-a qədər, fasiləsiz), Salyan rayonu, Heydər Əliyev prospekti (iş günləri saat 09:00-dan 14:00-a qədər, fasiləsiz), Sabirabad rayonu, İ.İsgəndərov küçəsi (iş günləri saat 09:00-dan 14:00-a qədər, fasiləsiz), Hacıqabul rayonu, İ.Qayıbov küçəsi, 15 (iş günləri saat 09:00-dan 14:00-a qədər, fasiləsiz), Neftçala rayonu, Heydər Əliyev prospekti, 35 (iş günləri saat 09:00-dan 14:00-a qədər, fasiləsiz) ünvanlarında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Vergi xidmətlərinin əsasən elektronlaşdırıldığını nəzərə alaraq, vergi ödəyiciləri onlara lazım olan xidmətlərdən elekton formada da faydalana bilərlər.