"Həmyaşıdımız olan bir dostumuz futbol oynadığımız yerdə meydançanın ortasındaca qəfil sustalıb yıxıldı və nə qədər müdaxilə etsək də, dərhal təcili yardım çağırıb xəstəxanaya çatdırsaq da gözlərimizin önündəcə canını haqqa tapşırdı".
Asayis.Az xəbər verir ki, bunu aktyor, rejissor Kamal Yaşar bildirib.
O, narahatlığını ifadə edərək ürəyində problem olanları səhhətinə ciddi yanaşmağa çağırıb:
"Dostlar, qardaşlar, hansınızın ürəyində problem varsa, ona ciddi yanaşın və nəzarətdə saxlayın. Yoxdursa belə, yenə də 30 yaşdan sonra davamlı yoxlamalardan keçin. Həmyaşıdımız olan bir dostumuz futbol oynadığımız yerdə meydançanın ortasındaca qəfil sustalıb yıxıldı və nə qədər müdaxilə etsək də, dərhal təcili yardım çağırıb xəstəxanaya çatdırsaq da gözlərimizin önündəcə canını haqqa tapşırdı və çarəsizcə bu ana şahidlik edib göz yaşı tökməkdən başqa əlacımız qalmadı..."
Onun sözlərinə görə, bu, kişilər arasında son illər xüsusilə artan bir problemdir və getdikcə də gəncləşir sanki: "Hər halda bu həyatda daha çox gözəlliklər yarada və yaşada bilməyimiz üçün sağlam qalmağa və yaşamağa daha çox ehtiyacımız var!"