Bakı-Naxçıvan uçuşları təxirə salındı

 Bakı-Naxçıvan uçuşları təxirə salındı

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

Asayis.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir. Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.

17:56 - 16 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin