Bakıda 49 milyon manatlıq yeni park salınır

 Bakıda 49 milyon manatlıq yeni park salınır

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınmasına 49 milyon 440 min 118 manat vəsait xərclənəcək.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, tikinti işlərinin sifarişçisi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir"” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

Layihə çərçivəsində park daxilində mövcud tikililərin, asfalt qatının, eləcə də mövcud dəmir yolunun sökülməsi planlaşdırılır.

20:40 - 15 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin