Təbrizdə bina çökdü: ölü və yaralılar var

 Təbrizdə bina çökdü: ölü və yaralılar var

Təbrizin Nəsr küçəsində yarımçıq tikili çöküb.

Asayis.az xəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb.

Məlumata görə, binanın çökməsi nəticəsində 2 işçi ölüb, 6 işçi isə yaralanıb.

Xəstəxanaya yerləşdirilən yaralıların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilib.

11:52 - 14 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin