Türkiyədə prezident seçkilərində səslərin hesablanması başlanandan indiyədək seçki sandıqlarının 92,96 faizi açılıb.
Asayis.Az xəbər verir ki, sanıqların 92,96%-nin açılması zamanı respublikanın hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 52,50% səslə öndədir.
Kamal Kılıçdaroğlu 47,50 faiz səs toplayıb.
Qeyd edək ki, bu gün Türkiyədə ikinci tur prezident seçkiləri keçirilib.
Səsvermə prosesi Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a qədər davam edib.