Delimitasiya və demarkasiya üçün bu kəndlər Azərbaycana qaytarılmalıdır

 Delimitasiya və demarkasiya üçün bu kəndlər Azərbaycana qaytarılmalıdır

"Azərbaycanın hələ də işğal altında olan torpaqlarının azad olması məsələsi 2020-ci ildəki qələbəmizdən sonra hər zaman diqqət mərkəzində olub. Çox təəssüf ki, erməni tərəfi bütün məsələlərdə olduğu kimi, bu məsələdə də destruktiv yol tutur".

Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. 

Analitik qeyd edib ki, görüşlər zamanı müzakirəyə çıxarılan məsələlər arasında anklavların qaytarılması ən asan həll olan məsələ kimi ortaya qoyulub:

"Yəni, delimitasiya və demarkasiya üçün bu kəndlər Azərbaycana qaytarılmalıdır. Biz digər məsələlərin də addım-addım həll olunmasını istəyiriksə, deməli Azərbaycan kəndlərinin qaytarılmasından başlamalıyıq. Başqa formada yanaşma mümkün deyil. 

Ermənilərin bu məsələyə hansı yanaşmasından asılı olmayaraq, Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi məsələsində qəti şəkildə bazarlıq etmək fikrində deyil. Onların ortalığa atdığı Başkənd məsələsi də süni irəli sürülmüş bir məsələdir. Azərbaycan bu yaşayış məntəqəsi ilə bağlı öz fikrini hələ bildirməyib. 

Düşünürəm ki, ermənilərin irəli sürdükləri həll forması qəbuledilməzdir və Azərbaycan tərəfi bunu yaxına buraxmayacaq".

Demokrat.az

15:36 - 25 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin