Rol oynamağı sevən bürclər - SİYAHI

 Rol oynamağı sevən bürclər - SİYAHI

Bəzi insanlar ətrafındakıları cəlb etmək üçün rol oynamağı sevirlər.

Üstünlük hissinə sahibdirlər və başqalarının işinə qarışmağı sevirlər. Çox fərqli olsalar da, özlərini saf və yaxşı niyyətli biri kimi tanıdırlar.

Astrologiyada da belə bürclər var.

Asayis.Az həmin bürcləri təqdim edir.

ŞİR - Qürurludurlar. Məşhur olmaq tək arzularıdır. Mərdliklərini nümayiş etdirmək və özlərini əxlaqi cəhətdən üstün tanıtmaq üçün böyük səy göstərirlər. Daim təsdiqlənməyə ehtiyacları var. Bu isə bəzən şovinist olmalarına gətirib çıxarır.

QIZ – Detallara diqqət edən və mükəmməliyyətçi xarakterləri ilə tanınırlar. Tənqidi xüsusiyyətləri pis niyyətli olmasa da, insanların qüsurlarını göstərir. Bu isə bəzən özündənrazılıq əlaməti kimi görünə bilər. Yaxşı insan olmaq üçün çabalasalar da, tənqidləri bəzən eqoist görünmələrinə səbəb olur.

TƏRƏZİ – Tarazlıq, uyğunluq və ədalətə önəm verirlər. Amma öz şəxsiyyətlərinin fərqindədirlər. Saf, hörmətli və mərd biri kimi tanınmaq istəyirlər. Bu onların əxlaqi cəhətdən doğru və ədalətli görünmələrinə səbəb ola bilər.

OĞLAQ - Əzmkardırlar. Nüfuzlarına önəm verirlər. Yaxşı insan imici yaratmağa çalışırlar. Bu imic şəxsi və iş həyatlarında məqsədəuyğundursa, daha da çabalayırlar. Onlar əzəmətli və saf görünmək üçün hər şey edirlər.

BALIQ – Mərhəmətli və empatiyalıdırlar. Lakin idealistdirlər. Bu xüsusiyyət, Balıqların əxlaqi cəhətdən başqalarından üstün və ya mərd olmasına səbəb ola bilər. İnsanlar bu davranışın həddindən artıq iddialı olduğunu düşünə bilərlər.

Qoç, Buğa, Əkizlər, Xərçəng, Əqrəb, Oxatan və Dolça başqa biri kimi tanınmaqdan nifrət edirlər. Ona görə də, həmişə olduqları kimi davranırlar. Heç vaxt rol oynamırlar.

 

 

Bakupost.az

10:24 - 24 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin