Aysunun keçmiş əri: “Onun üçün ailə film idi“

 Aysunun keçmiş əri: “Onun üçün ailə film idi“

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın keçmiş əri boşanmalarından danışıb.

Asayis.az 
xəbər verir ki, Eşqin Cəlilov "Maqazin plus”a sevərək ailə qursalar da, Aysunun bunun dəyərini anlamadığını bildirib:

"Özü də bilirdi ki, mən ona necə dəyər vermişdim, amma o, dəyərləndirə bilmədi. Ailənin bir mükafat olduğunu anlaya bilmədi. Şəxsən ikimizin heç bir problemi yox idi. Dil də tapırdıq, dolanırdıq da, sadəcə nəsə başa verirdi. Boşanmada yalnız Aysun günahkardır. Bir dəfə də 2 aylıq müddətə ayrılmışdıq, onda imkan vermədim ki, "bu, mənim ailəmdir”. Zəif kişi deyiləm ki, balaca bir problemə ailəm dağılsın”.

Eşqin cütlüyün arasında xəyanət olması iddialarının səhv olduğunu qeyd edib:

“Elə ailə qurduq ki, işimizi də bir elədik. Bütün günü bir yerdə idik, heç xəyanətə vaxtım ola bilməzdi. Xəyanətə nəinki vaxtım, heç istəyim də yox idi. Ona qarşı sevgim bitməyib, etibarım bitib. Xətrimə çox pis dəyib. Hər dəfə bir problem olanda qaçıb gedirdi”.

Aysunun keçmiş əri Azərtbaycandan gedəcəyini də açıqlayıb:

"Vətəni tərk edəcəyəm, çünki bura ailəmə görə gəlmişdim, o da alınmadı. Düşünürəm ki, bu, Aysunun qurduğu bir film idi. Mən ailə qurmuşdum, Aysun isə film çəkdi. 5 aydan bir deyirdi ki, boşanıram. Buna nə ad qoyum?!”

18:00 - 22 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin