Brilliant Dadaşova: "Ailəsi olsun deyə, qızlar kimə gəldi ərə gedirlər" - VİDEO

 Brilliant Dadaşova:

"Alla Puqaçovanın çox gözəl bir sözü var, o söz mənim çox xoşuma gəlir: "Bizim bəxtimiz bizə verilən bir kitabdır. Elə bil ki yazılıb. Amma orada boş səhifələr də var. Hansı ki, biz özümüz onu yaza bilərik".

Asayis.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova deyib.

"Göstərir radio" proqramına qonaq olan ifaçı indiki bəzi gəncləri tənqid edərək, onların ailə qurmaq xatirinə evləndiklərini bildirib:

"Biz həyat yoldaşımızı özümüz seçə bilirik, amma qohumlarımızı seçə bilmirik. Bəzən qızlar düzgün həyat yoldaşı seçməyəndə deyirəm ki, ay qızlar, evdə oturun! Lazım deyil, iş o deyil ki mütləq ailəniz olsun. Mentalitet bizim uşaqları məhv edib. Mütləq ailəsi olsun deyə qızlar kimə gəldi ərə gedirlər. Belə etməyin deyirəm".

BAKU.WS

VİDEO

10:30 - 22 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin