Prezident Rəcəb Tayyib Ərdoğan bir milyona yaxın suriyalı qaçqının ölkələrinə qayıtması üçün layihə hazırladıqlarını açıqlayıb.
Asayis.az xəbər verir ki, o, bu barədə "CNN İnternational"a müsahibəsində danışıb.
Dövlət başçısı bildirib ki, mənzil tikintisi ilə bağlı bəzi layihələr hazırlanır:
"Bunlar çox yaxşı layihələrdir. Bu layihələrlə suriyalı qaçqınların öz ölkələrinə geri qayıtmasını təmin edəcəyik. Lahiyə uğurla başa çatarsa, hətta 1 milyondan artıq qaçqının getməsi mümkün olacaq".
Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu baş tutacaq.