Səhnədə "Tufan" qopardı, Murad Arifin konsertində YAŞANANLAR - FOTO/VİDEO

 Səhnədə

"Bu gün həyatımın ən önəmli mərhələsidir. Çox xoşbəxtəm ki, belə cəsarətli addım atdım. Artıq bu gün Heydər Əliyev adına sarayda konsertimdir. Murad Arif imzası mütləq görünəcək. Çünki Azərbaycanda nadir solo konsertlərdəndir ki, səslənən 22 mahnının 20-sinin həm sözlərinin, həm musiqisinin müəllifi eyni adamdır".

Asayis.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında müğənni Murad Arif deyib. Uzun müddətdən sonra solo konserti ilə sevənlərinin görüşünə gələn ifaçı fanatlarına unudulmaz gecə yaşadıb. Murad Arif konsert boyunca 22 ifa səsləndirib, iki libas dəyişib:

"Bu gün Murad Arif musiqiləri səslənəcək. Bu da öz-özlüyündə bir imzadır. Bu dəqiqə nələr yaşadığımı bilmirəm. Gecə maraqlı sürprizlərlə dolu olacaq. Aygün Kazımova ilə duetimiz olacaq. Həmin mahnıya klip də çəkməyi düşünürük. Gecə boyu müxtəlif qiyafələr geyinəcəm. Geyimlərimin müəllifi özüməm. Konsertdə iki libasda olacam. Yeni mahnım da səslənəcək. İnanıram ki, bu ifam növbəti üç ay ərzində hər yerdə sensassiyaya səbəb olacaq".

Sənətçinin səhnə alacağı duet ortaqları arasında Xalq artisti Aygün Kazımova o cümlədən Günel Zeynalova da olub. Günel Murad Arifə sürpriz edərək Türkiyədən birbaşa onun konsertinə gəlib:

"Super dutlərimiz olacaq. Mənə bir saat əvvəl demdilər ki, bir super duetim də olacaq. Həmin həmkarın xaricdə yaşayır. Biz heç cür görüşə bilmirik. O mənə zəng vurdu ki, Murad gəlirəm. Bu duet mənim üçün gözlənilməz oldu. Dostum Günel Zeynalova konsert üçün Bakıya gəlib. Çox xoşbəxt oldum. Bu gün səhnədə "tufan" qopacaq. Həyəcan hələ ki, yoxdur. Birazdan olacaq. Sanki "Avroviziya"da səhnəyə çıxacağam".

Sevilən ifaların müəllifi konsertdə 9 il ərzində dillər əzbəri olan hitlərini pərəstişkarlarına təqdim edib.

 

VİDEO

 

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

  •  
  • 0
  •  

055 225 10 01
Qaynar xətt

KOMMENTLƏR

İş elanlarıİlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTOİlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEOButulka satıb ailəsinə baxdı, 10 yaşında analıq elədi, Aygün Kazımova ilə əlbəyaxa olduAzərbaycanlı müğənnilər Röyaya dəstək oldular: Nuşirəvan Məhərrəmliyə müraciət etdilərFransanı heyran qoyan Araz: "Ermənilər mənə paxıllıq edir" (VİDEO)

Теги: Murad Arif


 

Azərbaycanda koronavirusla bağlı xəbərlərKoronavirus Onlayn Statistika

 

09:13 - 20 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin