Bakının Nəsimi rayonunda 1999-cu il təvəllüdlü Ayaz şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı sevgilisi İradəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 3-də baş verib.
Ayaz həmin gün, saat 16.00-da şəxs münasibətlər zəminində İradə ilə mübahisə edib. Mübahisə zamanı Ayaz İradəni qəsdən yumruq ilə qarın nahiyyəsinə və təpiyi ilə sol ayaq nahiyyəsinə vuraraq, ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.