"Həyatımızın heç bir anını onlara sərf etməyə dəyməz"

Bir neçə gün əvvəl "Dəyməzmiş" adlı yeni mahnısını təqdim edən Xalq artisti Aygün Kazımova bununla bağlı paylaşım edib.

 

Pop diva iki günə 100 mindən çox baxış toplayan mahnısının sevənləri tərəfindən bəyənildiyini vurğulayıb. Kazımova bildirib ki, dinləyicilər ona saysız-hesabsız mesajlar yazır:

 

"Həyatımızın heç bir anını qədirbilməz insanlara sərf etməyə dəyməzmiş. Dəyərli olduğumuzu unutmayaq. "Dəyməzmiş" mahnısı ilə bağlı yazdığınız gözəl şərhlər məni çox xoşbəxt edir. Sevənlərimlə qəlbimizdən keçənlər üst-üstə düşür. "Ona görə dəyməzmiş..." Xoş dinləmələr".

 

12:17 - 15 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin